Ötən ay 14 nəfər qidadan zəhərlənib

Ötən ay 14 nəfər qidadan zəhərlənib

Bu ilin iyul ayı ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. 
 
AQTA-dan "Report"a verilən məlumata görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
 
Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapıb.
 
Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
 
Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli müraciətlər olub.

Google+ WhatsApp ok.ru