Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var - FOTO

Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var - FOTO

Tərtər rayonunda döyüş sursatı partlayıb. 
 
"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Təzəkənd kəndində qeydə alınıb.
 
Belə ki, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib. 
 
Faktla bağlı araşdırma aparılır. 
 

Google+ WhatsApp ok.ru