Tədqiqatlar məşhur müalicə üsulunun faydalarını təkzib edib

Tədqiqatlar məşhur müalicə üsulunun faydalarını təkzib edib

Əvvəlki fikirlərin əksinə olaraq, qocalıqda karbohidrat qəbulunu azaltmaq sağlamlığı yaxşılaşdırmır və ya ömrü uzatmır: 
 
 
<p>
 
Maide.Az  "RİA novosti"ə istinadən xəbər verir ki, Almaniyadakı Maks Plank Yaşlanma Biologiya İnstitutunun alimləri tərəfindən aparılan tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlmişdir. 
 
<p>
 
Araşdırmalarının nəticələri MedicalXpress portalında dərc edilmişdir.
 
<p>
 
Təcrübə zamanı alimlər gənc və yaşlı siçanları pəhrizə oturtmuşlar. Nəticədə, yetkinlik yaşından sonra 40 faiz daha az qida verilən gəmiricilərin qocalıqda daha sağlam olduğu ortaya çıxmışdı. 
 
<p>
 
Lakin qoca siçanlarda kalorinin azalması baş verərsə, onların ömrü adi pəhrizlə qidalanan gəmiricilərlə müqayisədə dəyişməz qalır.
 
 
<p>
 
Daha əvvəl italiyalı mütəxəssislər qidalanmanın gəncliyin qorunmasında xüsusi rol oynadığı qənaətinə gəlmişdilər. 
 
<p>
 
 
Dietoloqlar vaxtından əvvəl qocalmaq istəməyənlərə bədən kütləsinin hər 1 kiloqramına ən azı 1,1 qram protein qəbul etmək məsləhət görülür ki, bu da kifayət qədər əzələ kütləsini qorumağa imkan verir. 
 
<p>
 
Bundan əlavə, süd məhsulları, həmçinin fol turşusu ilə zəngin olan göyərti və kahı yemək tövsiyə olunur.

Google+ WhatsApp ok.ru