Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq

“Koronavirus infeksiyasıyla bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.  

 
Bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasına hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.  
 
Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələylə bağlı qərar veriləcək:  
 
“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılmasıyla bağlı fikirlər mövcud deyil”.
 

Google+ WhatsApp ok.ru