Təhsil nazirinin müavinindən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA

Təhsil nazirinin müavinindən imtahanlarla bağlı MÜHÜM AÇIQLAMA

“Bu il buraxılış imtahanları verəcək şagirdlər imtahanın məzmununa görə narahat ola bilərlər. Amma buna əsas yoxdur, çünki əvvəlki illərdə də buraxılış imtahanlarının məzmunu hazırlanarkən son aylar üzrə mövzularla bağlı suallar daxil edilmirdi”.
 
Maide.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.
 
Onun sözlərinə görə, şagirdlər imtahan suallarının məzmununun dəyişdirilməsinə görə narahat olmamalıdırlar:
 
“Düşünməsinlər ki, məzmun gözlənilməz olacaq və hazırlıqsız yaxalanacaqlar. İstənilən halda buraxılış sinif şagirdləri müvafiq təhsil sənədini almalı, abituriyentlər isə ali məktəbə daxil olmalıdırlar. Bütün bunlar vəziyyətdən asılı olaraq, veriləcək qərarla bağlı məsələlərdir”.
 
O deyib ki, yay tətilinin ləğvinə heç bir əsas yoxdur. Uşaqların istirahət hüquqlarını əllərindən almayacağıq.
 
O qeyd edib ki, ötən illərdən fərqli olaraq, bu il vəziyyətlə əlaqədar şagirdlər yay tətillərini düzgün qiymətləndirməlidirlər:
 
“Şagirdlərin hüquqlarını tanıyırıq. Əvvəlki illərdən fərqli olaraq, şagirdlərimiz və tələbələrimiz yay tətilini düzgün dəyərləndirsinlər. Onlar yay tətilində istirahətlə yanaşı, təhsillə məşğul olmağa kifayət qədər zaman ayırmalıdırlar”.
 
 

Google+ WhatsApp ok.ru