'Tərəqqi və ədalət' şüarı

'Tərəqqi və ədalət' şüarı

Ədalətə söykənmək hər bir ilahi işin ən əsas və fundamental prinsipi, bütün peyğəmbərlərin, tarix boyu gəlib-getmiş bütün əzəmətli və saleh insanların öz missiyasını davam etdirməsinin zəruri amilidir. Əlbəttə, ədalətin düşmənləri çox olur. Çörəyi ədalətsizlikdən çıxanların hamısı ədalətə düşmən kəsilmişlər. İstər milli, istərsə də beynəlxalq arenada qarnını quldurluq və zorakılıqla doyuranlar ədalətə müxalifdirlər. Ədalət İslam quruluşunun əsas şüarı və ən böyük hədəfidir, hal-hazırda da belədir!


Bəziləri “hiddət, hirslilik, qeyzlilik” damğası vuraraq ədaləti ittiham etmək istəyirlər. Ədalət hiddət və qeyzlilik yox, haqqı tələb etməkdir. Xalqın nümayəndələrinin hüquqlarına diqqət yönəltmək, ayrı-seçkiliyin qarşısını almaqdır, məzlumların hüquqlarına təcavüzün yaranmasına mane olmaqdır.


“Ədalət” prinsipi üzərində qurulmuş bir dövlətin vəzifəsi yoxsul təbəqəyə xüsusi diqqət göstərməkdir. Ədaləti hiddət və qeyzlə eyniləşdirmək, rasional intellektual metodların əleyhinə olan bir prinsip kimi qavramaq lazım deyil. Rasional metodlardan, məqsədəuyğun tədbirlərdən istifadə etməklə cəmiyyətdə ədaləti bərqərar etmək mümkündür. (Ali Rəhbərin ölkə prezidentinin inauqurasiya mərasimi – 12.05.1384.)


Aydındır ki, mənəviyyat və rasional yanaşma olmadan ədalətin gerçəkləşməsi qeyri-mümkündür. Mənəviyyatın olmadığı yerdə ədalət riyakarlığa (gözdən pərdə asmağa) çevrilir. Məntiqi yanaşma olmadan ədalət qətiyyən gerçəkləşə bilməz və həqiqi ədalətin yerini insanın ədalət hesab etdiyi yanlış bir şey tutar. Buna görə də, mənəviyyat və məntiqi yanaşma ədalətin gerçəkləşməsi üçün zəruri şərtdir.


Lakin ədalətin olmadığı yerdə tərəqqi və yüksəlişin heç bir mənası yoxdur. Tərəqqi olmadan isə, ədalət özünün həqiqi mənasını kəsb edə bilməz. Həm tərəqqi, həm də ədalətin olması olduqca vacibdir. Əgəs özünüz başqalarına nümunə olmaq, bu ölkənin də müsəlman ölkələri üçün nümunə olmasını istəyirsinizsə, sizin əsl deviziniz, hamının uğrunda çalışdığı ali hədəf məhz bu olmalıdır. (Ali Rəhbərin ölkə başçısı və hökumət nümayəndələri ilə görüş – 02.06.1387.)


Ədalətsevərlik və hər yerdə ədalət tələb etmək prinsipial dövlətin ilkin və əsas meyarı olmalıdır. Bunu dildə demək çox asandır. Əməldə isə bu, olduqca çətin, öncədən müəyyən hazırlıq tələb edən bir işdir. Ədalətin reallaşması üçün xeyli iş görmək lazımdır. Coğrafi ədalət, cəmiyyətdəki təbəqələr arasında ədalət, iqtisadi məsələlərdə ədalət, mədəni məsələlərdə ədalət, məsul vəzifə postları tutmaqda ədalət, mühakimələrdə (burada yalnız məhkəmədə hakimlərin etdiyi mühakimələr deyil, bizim özümüzün müəyyən şəxslər və hadisələrlə əlaqədar yürütdüyümüz mühakimələr də nəzərdə tutulur) ədalət ‒ bütün bunlar ədalətə misaldır və bunlarda ədalətin özünəməxsus rolu vardır. Bütün bunların mahiyyətində “ədalətsevərlik və ədalət tələb etmək” durur. (Ali Rəhbərin ölkə başçısı və hökumət nümayəndələri ilə görüş – 06.06.1385.)

Maide.az – Maarif bölümü
 

Google+ WhatsApp ok.ru