Təcili tədbirlər görülməsə, həm əhalinin su təchizatı, həm kənd təsərrüfatı fəlakətlə üz-üzə qalacaq

Təcili tədbirlər görülməsə, həm əhalinin su təchizatı, həm kənd təsərrüfatı fəlakətlə üz-üzə qalacaq

“Ovqat.com” saytı “Təcili tədbirlər görülməsə, həm əhalinin su təchizatı, həm kənd təsərrüfatı fəlakətlə üz-üzə qalacaq” sərlövhəli məqalədə isə müəllif Azərbaycanda su azlığı problemini politoloq Eldəniz Cəfərovla gündəmin müzakirəsinə çevirib.
 
Onun sözlərinə görə, Bakıda ciddi su problemi yaranıb, səbəb təkçə “Azərsu” deyil, daha ciddidir. Onun fikrincə, ölkə çox ciddi ekoloji problem qarşısında hazırlıqsız yaxalanıb, dünyanın bir çox yerində olduğu kimi quraqlıq Azərbaycanda da aktual problemdir. 
 
Müəllifə görə, hazırda Kürün suyu yaşlı nəslin belə, xatırlamadığı dərəcədə aşagı düşüb, hətta Xəzərin duzlu suyu da artıq Kürə əks istiqamətdə axıb. Ölkənin su ehtiyatları əvvəllər 30 kub km. səviyyəsində idi, bunun da 23 kub km.-i xarici tranzit suları hesabına əmələ gəlirdi. Onun deməsinə görə, illik tələbat əvvəl 13 kub km. idi, bu isə ölkə ərazisində formalaşan su ehtiyatlarından təxminən 2 dəfə çox deməkdir. 
 
Politoloq vurğulayır ki, son illər kənd təsərrüfatında ciddi artım var, deməli, su tələbi də kəskin artıb. Amma E.Cəfərov deyir ki, suvarma sistemlərinə ciddi yatırımlar edilməyib, hələ də köhnə dədə-baba qaydasıyla suvarma həyata keçirilir, bu isə su israfını ciddi artırır. 
 
Politoloqa görə, Mingəçevir su anbarının səviyyəsi 83 m-dən ( 16 kub km.) dən 60-a düşüb ( 6-7 kub km.), Gürcüstan Qabırlı çayının hövzəsində bir neçə damba tikib, su yıgmaga başlayıb, nəticədə bu, Azərbaycanın şimal istiqamətindəki çay kənarında su qıtlıgına səbəb olub. İran ərazisində Araza axan çayların mənbəyində su hövzələri tikilir ki, bu da Arazın su səviyyəsini aşağı salır. 
 
Müəllifə görə, mənbəyi İrandan gələn Bolqarçay boşalır. Samur çayından götürülən su ehtiyatı 2010-cu idən azalıb, Dagıstanda Samurun hövzələrində yeni dambalar tikilməsi planlaşdırılır ki, bu da Samurdan götürə bilinəcək su ehtiyatını minimuma endirəcək: “Qısası, vəziyyət kritikdir. Təəssüf ki, bu prolemlər öncədən ehtimal edilsə də, bu illər ərzində qabaqlayıcı tədbirlər görülməyib”.
 

Google+ WhatsApp ok.ru