Təcili yardım işçiləri Abşeronda aksiya keçirib:‘Benzini özümüz alırıq’

Təcili yardım işçiləri Abşeronda aksiya keçirib:‘Benzini özümüz alırıq’

Ötən gün Abşeron rayon Mərkəzi Xəstəxananın nəzdində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşları təcili yardım stansiyasının qarşısında etiraz aksiyası keçiriblər. 
 
Maide.Az xəbər verir ki, aksiya iştirakçıları etirazlarında qızdırmalı vətəndaşların çağırışlarına getsələr də, onların maaşlarına artımların əlavə edilmədiyini, təcili tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına etdiklərini, aparatların işlək vəziyyətdə olmadığını, benzin pulunu xəstələrin verdiyini iddia ediblər.
 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşlarının keçirdikləri aksiyaya münasibət bildirib. 
 
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinin əməkdaşları koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiblər.
 
Nazirlər Kabinetinin qərarına əsasən müddətli əlavələr koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə şamil olunur. Agentlik tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələr ödəyir. Yanacaq və ambulansların vəziyyəti ilə bağlı şikayətləri TƏBİB araşdıracaq"

 

Google+ WhatsApp ok.ru