Təcrübəsiz bir şirkət 600-dən çox dövlət obyektini qiymətləndirəcək

Təcrübəsiz bir şirkət 600-dən çox dövlət obyektini qiymətləndirəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin Tender Komissiyası “AZPRICE” MMC-ni (VÖEN 1005886601) Bakı və ölkənin bölgələrində 610 əmlakın bazar meyarlarına uyğun qiymətləndirilməsi üzrə elektron müsabiqənin qalibi elan edib.
 
Vahid Elektron Satınalma Portalı vasitəsilə yayılan məlumata görə, DƏMX bu ilin sonuna qədər özəlləşdirilən müəssisə və obyektlər üçün 300 torpaq sahəsinin dəyərini, 300 müəssisə və obyektin dəyərini, habelə 10 dövlət şirkətinin nizamnamə kapitalının həcmini qiymətləndirmək tələb edir. Bu iş üçün “AZPRICE” MMC dövlət büdcəsindən 199,7 min manat və ya 117,4 min ABŞ dolları alacaq.

Google+ WhatsApp ok.ru