Tərtərdə daha iki dinc sakin şəhid olub

Tərtərdə daha iki dinc sakin şəhid olub

Oktyabrın 20-də Ermənistanın açdığı artilleriya atəşi nəticəsində Azərbaycanın Tərtər rayonunda iki dinc sakin həyatını itirib. 
 
“Rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü İsaqlı Anar və 1984-cü il təvəllüdlü Quliyev Anar həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdardaziyan dəyib”, deyə Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilir.
 
 
Ermənistanın Qarabağ ətrafındakı rayonlara raket və artilleriya atəşi açması nəticəsində ölən dinc sakinlərin ümumi sayı 63 nəfərə, yaralananların sayı isə 292 nəfərə çatıb.  

Google+ WhatsApp ok.ru