Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbə dövlət attestasiyasından keçmiş sayılacaq

Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbə dövlət attestasiyasından keçmiş sayılacaq

Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda dəyişiklik edib.
 
APA-nın məlumatına görə, dəyişiklik tələbələrin hüquq və vəzifələrinin artırılması idə bağlıdır.
 
Beləliklə, xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunacaq. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə üçün dövlət attestasiya sınaqları təşkil ediləcək.
 
 
Kollec tələbələrinin hüquq və vəzifələri artırılıb
 
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişiklik edilib.
 
 Qərara əsasən, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunur.
 
Həmçinin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.
 
Qeyd edək ki, bu Qərar 2021-ci il oktyabrın 1-dək qüvvədədir.
 

Google+ WhatsApp ok.ru