Tələbə köçürülməsi üçün sənəd qəbulunun vaxtı uzadılıb 26 İyul 2021 12:20 Xəbərlər Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Maide.Az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək. Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb. 1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib. Teqlər : #Tələbə,#köçürülməsi,#üçün,#sənəd,#qəbulunun,#vaxtı,#uzadılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq baş naziri Amerikaya səfər edib ABŞ-ın İraqdakı hərbi missiyası ilin sonuna qədər dayandırılacaq