Tac Mahalda cümə namazı qadağan oluna bilər

Tac Mahalda cümə namazı qadağan oluna bilər

-- bölgədəki müsəlmanlar narahatlıq içindədirlər

Tac Mahalın həyətində yerləşən məsciddə cümə namazının qadağan olunması ilə bağlı məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı hələ məlum olmasa da, bölgədəki müsəlmanlar narahatlıq içindədirlər.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Hindistan Ali Məhkəməsi, hər il Hindistandan və xaricdən minlərlə turistin səfər etdiyi 16-cı əsrdən qalma Tac Mahal ilə bağlı müraciətə baxır.
 
Müraciətdə deyilir: " Televiziya qülləsinə bənzəyən Eyfel Qülləsini görmək üçün Fransaya hər il 80 milyon insan gəlir. Bizim Tac Mahalımız daha gözəldir. Tac Mahal bir xatirədir. Əgər ona lazımi diqqət göstərilsəydi ölkənin valyuta problemi də həll olunardı".
Hindistanda çıxan The Times of İndia qəzetində yazılan xəbərdə deyilir: " Tac Mahal türbəsi dünyanın 7 möcüzəsindən biridir. Buna görə də qorunmalıdır. Orada namaz qılmaq lazımsızdır".
 
Hindistan hökumətinin verdiyi yeni qərara görə, Tac Mahal türbəsinin məscidində cümə namazı qılmaq istəyən müsəlmanlar, təhlükəsizlik işçilərinə türbənin yerləşdiyi Agra şəhərində yaşadlqlarına dair arayış təqdim etməlidir.
 
Hindistanın simvolu olan Tac Mahalı, Cihan Şah xanımının vəfatından sonra onun xatirəsinə tikdirmişdir. Türbənin yerləşdiyi Agra şəhəri Hindistanın şimalında Yamuna çayı sahillərində yerləşən köhnə bir şəhərdir.
 
 

Google+ WhatsApp ok.ru