Tacikistan əhalisinin təxminən yarısı yemək ala bilmir- Dünya bankı

Dünya bankı Tacikistanda həyat səviyyəsini araşdırıb.
 
Maide.Az xəbər verir ki,Tacik ailələrinin rifah səviyyəsi son aylarda xeyli aşağı düşüb. Dünya bankının hesablamalarına görə, azalma təxminən 30% təşkil edib. Bildirilir ki, respublika sakinlərinin 46% özlərinə zəruri olan qida məhsullarını belə ala bilmirlər.
 
Bank tərəfindən açıqlanan hesabata əsasən, "Tacikistanda təsərrüfat rifahının qiymətləndirilməsi" ölkədə işsizliyin olmaması ilə deyil, həm də Rusiyada və başqa ölkələrdə çalışan əmək miqrantları tərəfindən respublikaya daxil olan pul köçürmələrinin kəskin azalması ilə də əlaqələndirlir.
 
Belə ki, tacik ailələrinin gəlirləri son 3 ay ərzində 150 dollardan 100 dollara düşüb. Bunu kəskin şəkildə  bütün şəhər sakinləri hiss edirlər.
 
Bankın 4 il bundan əvvəl hesablamalarına görə, Tacikistanda 40% insan ev  təsərrüfatlarının təmin edə bilmirdisə, indi bu faiz 46-ya bərabərdir. /

Google+ WhatsApp ok.ru