Tacikistanda 100-dən çox məscid niyə bağlandı?

Tacikistanın şimalında 100-dən artıq məscidin müxtəlif səbəblərdən bağlandığı bildirilib.
Deyerler.org-un Dunyabulteni saytına istinadən verdiyi xəbərə görə, BBC-nin Özbəkistan bürosu ölkənin şimalındakı Sugd rayonu Dini Ənənələr və Mərasimlər Komitəsi bağlanan məscidlərin tikintisi üçün lazım olan sənəd və icazənin hazırlanmadığını bildirib.
Komitə məscid binalarının istifadə edilməsi üçün Rayon Torpaq Komitəsinin icazəsinin olmadığını və bağlanan məscidlərin əksəriyyətinin dini qurum olaraq qeydiyyata alınmadığını vurğulayıb.
Bağlanan məscidlərin yerli hökumət binaları, mədəniyyət mərkəzləri, tibbi mərkəzləri, uşaq bağçaları, məhəllə komitələri və çayxanalar kimi istifadə edilməyə davam ediləcəyi bildirilib.
Qafurov rayonunda da dörd məscidin fəaliyyətinin davam etməsi üçün icazə verilməyib. Bu məscid binalarının məhəllə komitələri xidmətinə və çayxanalar kimi təsis edilməsi üçün dövlət televiziya proqramında məlumat verilib.
Rəsmi məlumatlara əsasən, Şimali Tacikistanda, irili-xırdalı təxminən 1060 məscid yerləşir.
Ekspertlər, məscidlərin bu cür ittihamlarla bağlanmasının son zamanlar Tacikistanda bir ənənə şəklinə aldığını bildirirlər. Əvvəlki illərdə ölkənin cənubundakı Hatlon vilayətində də çoxlu sayda məscid bağlanmışdı./

Google+ WhatsApp ok.ru