Tacikistanda 2000-ə yaxın məscid bağlanılıb

Tacikistanda 2000-ə yaxın məscid bağlanılıb

-- lazimi icazəsi olmadığı bəhanəsi ilə

Tacikistanda  lazimi icazəsi olmadığı bəhanəsi ilə 1938 məscid bağlanıb. 
 
Maide.Az “islam-today”-a istinadən xəbər verir ki, Tacikistan Dİni Qurumlarla İş Üzrə  Dövlət komitəsinin rəsmisi Hüseyn Şokirof məlumatı təsdiqləyib. 
 
O, bağlanan məscidlərin qeydiyyatdan keçməsi üçün  vaxt verildiyini və  icma rəhbərlərinin verilmiş vaxt ərzində  heç bir addım atmadıqlarını qeyd edib. 
 
Məlumatda həmçinin bildirilir ki, 35  imam attestasiyadan keçə bilmədiyi üçün vəzifəsindən kənarlaşdırılıb. 
 
 

Google+ WhatsApp ok.ru