Tacikistanda beş məscidin imamı saxlanılıb

Tacikistanın Sughd vilayətinin Kanibadam mahalında ekstremizmi təbliğ etməkdə şübhəli bilinən beş axund  yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 
 
Maide.Az xəbər verir ki, bu barədə Tacikistanın "Azadi" radiosu hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
 
Saxlanılanlar ölkənin Xücənd şəhərinin həbsxanasına aparılıb. Tutulanların qanunsuz yollarla Suriyaya getmək və "Müsəlan qardaşları" təşkilatına qoşulmağa dəvət etdikləri üçün saxlanılıblar.
 
Bu ilin mart ayında Sughd vilayətinin daha altı imamı "Müsəlman qardaşlar"ı ilə əlaqədə olduqları üçün həbs edilmişdir.
 
Qeyd edək ki, Tacikistanda "Müsəlman qardaşlar" adlı terror qruplaşması 2006-cı ildən etibarən qara siyahıya salınıb. /

Google+ WhatsApp ok.ru