Tacikistanda elmə məlum olmayan rəsədxana aşkar olunub 14 Sentyabr 2019 10:05 Maraq dünyası Tacikistanlı alimlər qədim Koron şəhərində heç vaxt elmə məlum olmayan rəsədxana tapıb. Maide.Az xəbər verir ki, alimlərin gəldiyi qənaətə görə, rəsədxana 15-ci əsrə qədər fəaliyyət göstərib. Akademik Yusufşoxi Yakubşox jurnalistlərə bildirib ki, rəsədxananın tapıldığı Koron şəhəri təxminən 4 min il əvvəl, ari sivilizasiyasının çiçəkləndiyi dövrdə tikilib. O deyib ki, qazıntı yerindən tapılan əşyalar burada rəsədxana olduğunu təsdiqləyir. Burada müxtəliif həndəsi fiqurlar şəklində süni daş lövhələr tapılıb. Qeyd olunub ki, hələlik rəsədxananın nə vaxt yaradıldığı haqqında məlumat yoxdur və bu istiqamətdə işlər davam edir. /azertac Teqlər : #Tacikistanda,#elmə,#məlum,#olmayan,#rəsədxana,#aşkar,#olunub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstraliyada ‘Müsəlman Film Festivalı’ keçiriləcək- ilk dəfə Dünyanın rəqəmsal iqtisadiyyatının həcmi 5 ilə 23 trilyon dollara çatacaq