Tacikistanda kasıb insanlara həcc qadağan ediləcək

Tacikistanda kasıb insanlara həcc qadağan ediləcək

-- Tacik rəhbərliyi həcc etmək istəyənlərin maddi vəziyyətini yoxlayacaq

Tacik rəhbərliyi həcc etmək istəyənlərin maddi vəziyyətini yoxlayacaq.
 
Maide.Az İslam-today-a istinadla xəbər verir ki, Tacikistanda dövlət  həccə getmək üçün müraciət edənlərin madi vəziyyətini yoxlayacaq.
 
İqtisadi durumu hökuməti qane etməyən vətəndaşlar bu hüquqdan məhrum ola bilərlər.
 
Həcc təşkili üzrə Komissiyanın rəhbəri Baş nazirin köməkçisi Azim İbrohim bunun əsas səbəbi aztəminatlı ailələrin rifahının pisləşməsinin qarşısını almaqdır.
 
"Yerli Komissiya və Dini məsələlər üzrə yerli şöbələr  hər bir ərizəçinin həcci yerinə yetirmək üçün imkanın olub-olmamasının araşdıracaq. Həci ziyarət etmək üçün borc almaq halları əvvəlki illərdə olub. Mən yalnız bir qadın xatırlayıram ki, oğlu vəfat etmişdi və üç nəvəsinin yaşadığı mənzili satıb həccə getmək istəyirdi.”
 

Google+ WhatsApp ok.ru