Tacikistanda qeyri-halal ət idxalı qadağan edildi

Tacikistanda qeyri-halal ət idxalı qadağan edildi

-- Hazırda ət idxalına yalnız hökumət qurumlarının akkreditasiyası olduqda...

Tacikistanda  İslam əsaslarına görə kəsilməyən və müsəlmanların yeməsinin haram olan ətlərin idxalını qadağan edib.  
 
Maide.Az “dünyabülteni”nə istinadən xəbər verir ki,  Tacikistanın Dövlət Baytarlıq Xidməti bütün təchizatçılara ölkəyə qeyri-halal  ət məhsullarının idxalına qadağa qoyulması barədə xəbərdarlıq verib. 
 
Hazırda ət idxalına  yalnız hökumət qurumlarının akkreditasiyası olduqda icazə verilir. 
 
Bundan əlavə, ət məhsullarının istehsalçısı olan müəssisəni Dövlət Baytarlıq Xidmətinin xüsusi komissiyasının yoxlaması zəruridir. 
 
Bütün idxal olunan məhsullar müsəlman standartlarına uyğun gəlməklə “halal” markalı olmalıdır.
 

Google+ WhatsApp ok.ru