Tacikistanda regionun ən böyük karqo terminalı istifadəyə verilib

Tacikistanda regionun ən böyük karqo terminalı istifadəyə verilib

-- Burada 20 min ton məhsul saxlamaq mümkündür

Tacikistanda Düşənbə hava limanında Orta Asiyanın ən böyük karqo terminalı istifadəyə verilib.
 
Maide.Az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, terminal Yaponiya hökumətinin 17,5 milyon dollarlıq dəstəyi ilə inşa edilib.
 
Terminalın ümumi ərazisi 3713 kvadrat metrdir. Ərazidə ət məhsulları və meyvələrin saxlanılması üçün böyük soyuducular və rentgen aparatları mövcuddur. Burada 20 min ton məhsul saxlamaq mümkündür.
 
Bu terminal sayəsində Tacikistanın ticarət əlaqələrinin genişlənməsi gözlənilir.
 

Google+ WhatsApp ok.ru