Tacikistanda İslam partiyasının liderinin məhkəməsi başladı

Tacikistanda İslam partiyasının liderinin məhkəməsi başladı

-- istintaq `gizli` aparılmasını səbəb göstərərək detallar barədə məlumat verməyib

Tacikistanda fəaliyyəti qadağan edilən müxalif yönlü İslam İntibah Partiyasının  lideri Muxiddin Kəbiri haqqında açılan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
Maide.Az "Dünya Bülteni"nə istinadən xəbər verir ki, Tacikistan Ali Məhkəməsində keçirilən prosesinə başqa ölkəyə sığınan Kəbiri qatılmayıb.
 
Məhkəmə sədri Şerməhəmməd Şoxiyon istintaqın "gizli" aparılmasını səbəb göstərərək detallar barədə məlumat verməyib.
 
Qeyd edək ki, İslam İntibah Partiyası 2015-ci ilin sentyabrına qədər ölkədə tək rəsmi dini partiya olub. Həmin vaxt partiyanın lideri Muxiddin Kəbiri sabiq Müdafiə naziri Əbdülxalim Nazarzodanın hərbi üsyanına dəstək verməkdə ittiham edilmişdi. 
 
Tacikistan İslami İntibah Partiyası Ali Məhkəmə tərəfindən “ekstremist və terrorçu” təşkilat kimi qadağan olunub.  Bundan sonra partiya Ali Məhkəmə tərəfindən terror təşkilatı elan olunub, partiyanın Siyasi Şurasının 14 üzvü isə 2016-cı ilin iyununda həbs edilib. Onlardan ikisinə ömürlük həbs cəzası verilib.
 
İnsan haqları təşkilatları  hakimiyyətin İslamçılara qarşı təqiblərinin siyasi motivli olduğunu qəbul edir. İnsan haqları təşkilatları saxlanılan islamçıların işkəncələrə məruz qaldığını və onların taleyi ilə bağlı öz narahatlıqlarını bildirirlər.
 

 

Google+ WhatsApp ok.ru