Tacikistanda yüzlərlə saytın bağlandığı bildirilir

Tacikistandakı internet istifadəçilərinin bildirdiyinə görə oktyabrın 5-dən bəri Facebook və YouTube daxil olmaqla, yüzlərlə sayt bağlanıb.

Tacikistanın İnternet Servis Provayderləri Assosiasiyasının sədri Asomuddin Atoev oktyabrın 6-da AzadlıqRadiosuna deyib ki, azı 200 sayta çıxış mümkün deyil. Rusiyanın məşhur sosial şəbəkələri də bu siyahıya daxildir.

Medianın yazdığına görə, səbəb müxalifətin sosial şəbəkələrdə oktyabrın 10-da etiraza çağırışları ola bilər.

Çağırışları mühacirətdə olan müxalifət lideri Umarali Quvatov-un başçılıq etdiyi Group 24 təşkilatı edib.

Dövlət Kommunikasiya Xidmətlərinin rəhbər müavini Rafiqjon Shokirov AzadlıqRadiosuna deyib ki, xidmət “hər hansı saytın bağlanmasına göstəriş verməyib”.

Onun sözlərinə görə, “facebook da daxil olmaqla bəzi saytların bağlanmasına dair məlumatlar həqiqətə uyğun deyil”.

Son iki ildə Tacikistan hakimiyyəti populyar veb-saytların bağlanmasında ittiham olunub. azadliq/

Google+ WhatsApp ok.ru