Tacikistanın prezidenti məlum oldu

Tacikistanın prezidenti məlum oldu

Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmon keçirilən prezident seçkilərinin qalibi elan edildi.   

Bu barədə RİA “Novosti” məlumat verib.   Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, seçicilərin 90,92% -i Rəhmona səs verib. 

Son məlumata görə, prezident seçkilərində iştirak payı 85,39% təşkil edib. Bununla birlikdə, səsvermə bir gün öncə, seçici iştirak göstəriciləri 70% həddini keçdiyində baş tutmuş hesab edilmişdi.

Qeyd edək ki, ötən gün  keçirilən prezident seçkilərində prezidentlik uğrunda müxtəlif siyasi qüvvələrin beş lideri mübarizə aparırdı: hazırkı Prezident Rəhmon (hakim Xalq Demokratik Partiyası), həmçinin parlamentarilər Miroj Abdulloev (Kommunist Partiyası), Rüstəm Lətifzoda (Aqrar Partiya), Rüstəm Rəhmatzoda (İqtisadi İslahat Partiyası) və Abduhalim Qafforzoda (Sosialist). 

Google+ WhatsApp ok.ru