Tacikistanın təxmini qızıl ehtiyatları açıqlandı

Tacikistanın təxmini qızıl ehtiyatları açıqlandı

Tacikistanın təxmini qızıl ehtiyatlarının 200 ton olduğu açıqlandı.
 
Maide.Az "dunyabulteni"ə istinadən xəbər verir ki, Tacikglavjeoloji dövlət şirkətinin müdir müavini Rahmonbek Bahtdavlatov jurnalistlərə verdiyi müsahibəsində ölkənin təxmini qızıl ehtiyatlarının 200 ton olduğunu söylədi.
 
O, bu rəqəmin 400 tona çata biləcəyini açıqlayıb.  Ölkədə təxminən 40 aktiv və aktivləşməsi gözlənilən qızıl mədəninin olduğu bildirilib.
 
Rahmonbek Bahtdavlatov hal-hazırda bu mədənlərin 14-dən qızıl çıxarılır. Bunların bir çoxu ölkənin şimal bölgələrində yerləşir. Digər bölgələrdə də qızıl ehtiyatlarını araştırmaq üçün geoloji araştırmalar davam etdirilir.
 
Xəbərdə, ölkədə 600-ə yaxın mədəndə 800 növ mineralın olduğu da bildirilib.

Google+ WhatsApp ok.ru