Tailandda 80-dən çox insan daşqınların qurbanı olub 21 Yanvar 2017 02:00 Dünya Ayın əvvəllərindən davam edən daşqınlar nəticəsində daha 4 nəfər itkin düşüb. Tailandın cənubunda güclü daşqınlar zamanı ölənlərin sayı 80 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi ölkənin Fövqəladə Halların Aradan Qaldırılması üzrə Departamenti məlumat yayıb. Məlumata görə, ayın əvvəllərindən davam edən daşqınlar nəticəsində daha 4 nəfər itkin düşüb. Təbii fəlakətə səbəb yağıntıların həcminin həddən çox olmasıdır. Sinoptiklər ölkənin cənubundakı 7 vilayətdə növbəti yağıntılar barəsində xəbərdarlıq edirlər. Siam körfəzində güclü dalğalar gözlənildiyindən kiçik gəmilərin sahiblərinə sahildə qalmaq məsləhət görülüb. Daşqınlar həmçinin ölkəyə külli miqdarda zərər vurub. Bəzi məlumatlara görə, dəyən ziyan 2,8 milyard dollardır. / Teqlər : #Tailandda 80dən çox insan daşqınların qurbanı olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Məşhəd; İslam dünyasının mədəniyyət paytaxtı` festivalının açılışı olacaq Pakistanda bazarda partlayış törədilib, 21 nəfər həlak olub, 40 nəfər yaralanıb - YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO