Taksidə siqaret çəkən şəxslər cərimələnəcək

Taksidə siqaret çəkən şəxslər cərimələnəcək

Azərbaycanda taksidə siqaret çəkən şəxslər cərimələnəcək.
 
Maide.Az "Avtosfer.az"-a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
 
Dəyişikliyə əsasən, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məhsulları, o cümlədən siqaret çəkənlər 40 manatdan 50 manata qədər məbıəğdə cərimələnəcək.
 
Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. Qanunun qüvvəyə minəcəyi tarix yaxın vaxtlarda məlum olacaq.
 

Google+ WhatsApp ok.ru