Taksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik 26 İyun 2020 20:19 Ölkə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb. BNA-dan "Report"a verilən məlumata görə, məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır. Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcək. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaq. Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib: https://fr.alo141.az/login.Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə videotəlimat da hazırlanaraq sayta yerləşdirilib. "Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək. Həmçinin, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır. Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaq, - deyə məlumatda bildirilir. Teqlər : #Taksi,#sürücülərinin,#fərqlənmə,#nisanlarını,#almasında,#yenilik , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şənbə gününün havası açıqlandı 28 iyunda gözlənilən hava şəraiti açıqlanıb Ölkə Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan əhalisinin sayı açıqlanıb Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb Azərbaycan ilə Qətər arasında viza rejimi ləğv olunub Bakının bəzi küçələrində su olmayacaq Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb Noyabrda dörd gün qeyri-iş günüdür Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb Peşə məktəblərində kredit sistemi təşkil olunacaq Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Şənbə gününün hava proqnozu açıqlanıb 'Müstəqillik Günü haqqında'qanun layihəsi qəbul edildi Azərbaycanda banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb Sabahın hava proqnozu açıqlanıb Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi Sabah gecə saatlarında 'Azercell'in bəzi xidmətlərində çətinliklər olacaq Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi yaranıb Daşınmaz əmlaka dair texniki sənədlərdən dövlət rüsumu tutulmayacaq Sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Bakının 3-cü mikrorayon ərazisində yolların birində hərəkət məhdudlaşdırılır Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda hərəkət üç gün məhdudlaşdırılacaq - YENİLƏNİB Əcnəbilərin Azərbaycan universitetlərində təhsil almaq qaydaları dəyişdirilib Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb Bu gün Bakının mərkəzi hissəsində su olmayacaq 'Azərbaycanın su ehtiyatları ilbəil azalır' Bakıda V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilir Sabaha gözlənilən hava şəraiti açıqlanıb Peşə təhsili haqqında dövlət sənədi ilə universitetə daxil olmaq mümkün olacaq Bakı metrosunda gələn il təmassız ödəniş etmək mümkün olacaq Şənbə gününün hava proqnozu açıqlanıb Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti UZADILDI Sabah hava necə olacaq? Masazır gölü niyə quruyur? - AÇIQLAMA (FOTO) Umayra Tağıyeva: 'Havanın temperaturu ötən illə müqayisədə 3.3 dərəcə aşağıdır' Yeni tikililər mərkəzi istilik sisteminə qoşula bilər - 'Azəristiliktəchizat' Gələn həftədən qeyri-qanuni avtobus və taksilərə qarşı ciddi tədbirlər görüləcək Sabahın hava proqnozu açıqlanıb AZAL Ermənistan hava məkanından istifadə etməyə başlayıb Rezidenturaya qəbulun nəticələri açıqlanıb