Taksi sürücüsü 500 min dolları sərnişinə qaytardı

Taksi sürücüsü 500 min dolları sərnişinə qaytardı

Birləmiş Ərəb Əmirliklərində pakistanlı taksi sürücüsü  Nəsrulla Şer Dola 1,7 milyon dirhəm (təxminən 500 min dollar) pulu maşınında unudub gedən sərnişinə qaytarıb.
 
Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Nəsrulla avtomobilində pul olan çantanı tapdlqdan sonra Şarca hava limanında Dubaydan Cənubi Koreyaya getmək istəyən iş adamına gətirib verib.  
 
Nəsrulla bildirib ki, mən öz əməlimə görə çox xoşbəxtəm. Çünki, mən öz borcumu yerinə yetirdim. Əsl müsəlman vicdanlı olmalıdır.
 
Bu əməlinə görə, otuz yaşlı taksi sürücüsü 3 min dirhəm (820 dollar) pul mükafatı alıb. Həmçnini BƏƏ nəqliyyat yolları idarəsinin adından təşəkkür fətrmanı qazanıb.
 
Ötən il həmin sürücü iran vətəndaşının taksidə unudulmuş və içində təxminən 13 min dollar məbləğində pul olan çantasını geri qaytarmışdı.
 

Google+ WhatsApp ok.ru