Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı 05 Fevral 2020 15:50 Xəbərlər "Taksi fəaliyyəti sahibkarlığa açıq olmalıdır və bu fəaliyyətin sahibkarlığa açıq olması üçün requlyativ tənzimləmələr həyata keçirməliyik. Birinci məsələ taksi fəaliyyəti üzrə tariflərin olması ilə bağlıdır". Maide.Az "report"a istinadən xəbər verir ki, bunu "AvtoFM" radiosunda yayımlanan verilişə qonaq olarkən Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, bütün dünyada taksilərin gecə və gündüz tarifləri var: "Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər". V.Kərimlinin sözlərinə görə, taksi fəaliyyətində cəzalandırma və inzibati tənbehetmə mexanizmləri qurulmalıdır: "Bu il bizim müxtəlif dövlət qurumlarının rəhbərlikləri ilə görüşlərimiz olub. Düşünürük ki, bu ilin ilk 6 ayından sonra bu məsələlər hüquqi cəhətdən həll olunacaq. Artıq bizim tərəfimizdən Taksi Yol Xəritəsi yekunlaşır. Bunun dövlət büdcəsinə gəlirləri də hesablanıb. Həmçinin Bakı şəhərinə tələb olunan taksi sayı müyyən olunub. Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır. Taksi fəaliyyətini də beynəlxalq standartlarda hesabladığımız zaman gündə 16 saatdan bu, təxmini 2,5 əmsal işləməkdir. Biz 8500-ü taksi əmsalına vurduqda 25 minə yaxın bir rəqəm olur. Bu da həmin sayda rəsmi iş yerinin açılması deməkdir. Buna görə də taksi fəaliyyəti sahibkarlığa istiqamətlənməli, müəyyən çərçivəyə salınmalı və təhlükəsizliyi tam təmin olunmalıdır. Tariflər müəyyən olunduğu zaman taksi sürücülərinin müxtəlif qiymət tətbiqi problemi aradan qalxacaq". BNA sədri əlavə edib ki, ilin ilk rübü iqtisadi baxımdan əsaslandırılmış tariflər hesablanacaq və aidiyyətli qurumlara göndəriləcək: "Bununla bağlı işlər, yəqin ki, ilk 6 ay ərzində tamamlanacaq". Teqlər : #Taksi,#tariflərinin,#müəyyənləşəcəyi,#vaxt,#açıqlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ dünyanı şantaj etməyə hazırlaşır - KİV Bakıda daha bir yerdə yol hərəkəti dəyişəcək Xəbərlər Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib NATO-nun Moskvadakı xüsusi qurumunun fəaliyyəti dayandırılacaq Livan parlament seçkilərinin vaxtı açıqlanıb Rusiyaya qarşı müdafiəmizi artırdıq - NATO Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək İran prezidenti nüvə danışıqlarında Qərb ölkələrini ciddi olmağa çağırdı Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb Rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib ABŞ müdafiə naziri Gürcüstana səfər edib Moskva metrosunda 'üz tanıma sistemi ilə ödəniş' oldu Almaniya Bundestaqına keçirilmiş seçkilərin yekun nəticələri açıqlanıb Oktyabrın 18-dən hava qeyri-sabit olacaq - XƏBƏRDARLIQ Şəhidimiz bu gün dəfn olunacaq - FOTO Livan Ali Müdafiə Şurasının təcili iclası çağırılıb Tbilisidə Saakaşvilinin tərəfdarları mitinqə toplaşır - FOTO Peşə təhsili üzrə ixtisasların sayı artırılıb Özbəkistanda prezident seçkilərindən on gün əvvəl səsverməyə başlanılıb Beyrutda mitinq iştirakçılarına atəş açıldı, ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO Norveçdə yeni baş nazirin adı məlum oldu Filippində qasırğada ölənlərin sayı 30-a çatıb, 14 nəfər itkin düşüb Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Putin: Əfqanıstandakı mövcud vəziyyətin təqsirkarı ABŞ -dır Samirra İmam Həsən Əskərinin (ə) şəhadətinə hazırlaşır - FOTO Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı Norveçin Baş naziri və hökuməti istefa verib Qırğızıstana yeni Baş nazir təyin edilib Rusiya Dövlət Dumasına sədr seçilib 'Toyota' Ginnessin rekorduna imza atıb Əlcəzairdə 500 fransa şirkəti baykot olundu Avstriyanın yeni kansleri and içib - YENİLƏNİB Bu gündən COVID-19 pasportu olmayanlar məhkəmə binalarına buraxılmayacaq İmam Rzanın (ə) mübarək hərəminin bayrağı dəyişdirildi - FOTO Çexiyanın Baş naziri parlament seçkilərində məğlub olduğunu etiraf edib Azərbaycanda bəzi universitetlərin nəzdindəki kolleclər yenidən təşkil edilir Batumidə yaşayış binası çöküb - YENİLƏNİB Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq Bəzi marşrutların hərəkət sxemi dəyişdirildi İraq parlamenti buraxılıb Bakının 7-ci və 8-ci mikrorayonlarında su kəsiləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq Dini liderlərin VII qurultayının tarixi açıqlanıb Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb