Taksi xidməti: inkişaf görünürmü?

Taksi xidməti: inkişaf görünürmü?

 “Yeni Sabah.az”da “Ancaq pul gözü ilə baxırlar” - İnsanları bu fırıldaqdan necə xilas etmək olar?” sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkənin taksi xidməti sistemindəki vəziyyətlə bağlı nəqliyyat üzrə eskpert Elməddin Muradlı ilə söhbətləşir.

Müəlllif deyir ki, Azərbaycan vətəndaşları, xüsusən də ölkəyə gələn turistlər çox vaxt həqiqi gediş haqqını dəfələrlə artıran taksi sürücülərinin fırıldağına məruz qalırlar.

Yazı müəllifi bununla bağlı sosial şəbəkələrdə də tez-tez ittihamların səslənməsini və bundan irəli gələrək taksi xidmətləri sahəsinə necə nəzarət olunması, taksometr probleminin  nədən qaynaqlanması, müştəriləri bu fırıldaqdan necə xilas etmək yolları ilə bağlı sualları gündəmə daşıyır.

E.Muradlı hesab edir ki, taksi xidmətilə bağlı vahid sistem qurulmalıdır və Tarif Şurası tərəfindən kilometrə görə vahid qiymət tətbiq edilməlidir.

Ekspertə görə, pik saatlarda fərqli qiymət də tətəbiq etmək olar.

E.Muradlı hesab edir ki, taksi xidməti maşınlarında taksometrlərin quraşdırılmasına gəlincə, əksəriyyət ya taksi sürməkdən, ya da taksometrləri quraşdırmaqdan imtina edəcək.

E.Muradlı deyir ki, Azərbaycanda Bakı Nəqliyyat Agentliyi olmaqla taksi fəaliyyətinə icazə verən qurum var, amma taksilərə nəzarət edən qurum yoxdur.

Ekspertin deməsinə görə, taksi sürücüsünün mənsub olduğu şirkət yoxdur, çünki taksi sürücüsü fiziki şəxsdir.

E.Muradlı taksi xidmətinin yaxşılaşdırılması üçün təkliflər irəli sürərək deyir ki, taksi sürücülərilə təlim keçmək olar, taksi sürücülüəri birliyini yaratmaq olar,

“Taksi sürücülərilə zaman-zaman görüşülsün, mənəvi-psixoloji söhbətlər aparılsın. Bəzi taksi sürücüləri yalnız pula hərislənib, müştəriyə ancaq pul gözü ilə baxırlar. Amma müştəri ilə normal ünsiyyət, norma söhbətlər, müştəriyə yaxşı qulluq daha çox qazanc deməkdir”.


Ekspert yada salır ki, Azərbaycanda taksilərin yalnız sarı, ağ və bənövşəyi rəngdə olması haqda qanun var, amma bununla belə şəhərdə istənilən təngdə taksi maşınları fəaliyyət göstərir.
Onun fikrincə, müasir taksi sürücüləri həm avtomobilin təmizliyi, həm sürücünün səliqəliliyi, xarici dil bilmələri kimi keyfiyyət tələblərinə cavab verməlidirlər.

Google+ WhatsApp ok.ru