Taksi Xidməti inhisarlaşır?

Taksi Xidməti inhisarlaşır?

"Arqument.az" isə taksi xidmətinin inhisarlaşa bilməsi ehtimalı barədə yazır və "Taksi Xidməti inhisarlaşır?" sualını gündəmə gətirir.
 
Yaxın zamanlarda Bakıda taksi xidməti göstərən avtomobillərlə bağlı yeni standartlar qəbul olunacaq .Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, bu, taksi xidməti bazarının inhisara alınmasıdır:
 
"Ötən il müsahibələrimin birində inhisarçılıqdan bəhs edərkən "bəs ölkədə elə bir sahə varmı monopoliya olmasın", - sualına taksi xidmətləri bazarını misal göstərmişdim. Çünki ötən il taksi xidmətlərinin qiymətləri məhz rəqabətli bazar şəraitinə görə ucuzlaşmışdı".
 
Q.İbadoğlu hesab edir ki, amma son zamanlar baş verənlər göstərir ki, bu sahədəki xidmətlərdə inhisarçılıq meylləri yaranır.
 
Qubad İbadoğlu deyir ki, ötən il ərzində sərnişindaşıma fəaliyyəti xidmətindən istifadə edənlərin sayı 60-70 milyon nəfərə çatıb. Hər xidmətdən istifadə üçün orta hesabla 5 manat xərclənərsə, bu, təxminən 300-350 milyon manatlıq taksi xidmətləri dövriyyəsi deməkdir.
 
 

Google+ WhatsApp ok.ru