Taksometrlə işləyən taksilərdə gediş haqqı fırıldağı - İDDİA - VİDEO

Taksometrlə işləyən taksilərdə gediş haqqı fırıldağı - İDDİA - VİDEO

"London taksilər”ində sürücülər taksometrin artıq yazması üçün müxtəlif yollara əl atır

Vətəndaşlar taksometrli taksilərin xidmətinin süni yolla bahalaşdırılmasından gileylənir.  Xüsusilə də "London taksilər”i kimi tanınan TX4 markalı avtomobillərdə sürücülərin taksometrin artıq yazması üçün müxtəlif yollara əl atdıqlarını deyirlər. İddialarla razılaşmayan sürücülər isə avtomobili uzaq məsafədən sürməyin ağlasığmaz olduğunu, deyilənlərin həqiqətə əsaslanmadığını bildirir. Avtomobili yavaş idarə etməyin isə deyilənlərin əksinə onlara əlavə qazanc gətirmədiyini bildirirlər.
Sürücülər sərnişinlərə qiymətə yox, kilometrə baxmağı tövsiyyə edir. 
 
"Bakı Taksi Xidməti" MMC tərəfindən bütün "London taksiləri”nin içərisinə sərnişindaşıma tarifləri yazılıb. Xidmət, 3 km-ə qədər 3 manatdan başlayır. Məsafə artıqca taksometr qiyməti aşağı tariflə hesablayır. 3 km-dən 10 km-ə qədər 70 qəpik, 10-dən artıq olduqda isə 40 qəpiklə hesablanır. Bura taksometrdən silinməyən 1 manat daxil deyil. Yəni o xidmət haqqı olaraq əlavə hesablanır. /

Google+ WhatsApp ok.ru