Tale Bağırzadənin şikayəti təmin edilmədi

Tale Bağırzadənin şikayəti təmin edilmədi

 
Bu gün Səbail Rayon Məhkəməsində Taleh Bağırzadənin şikayətinə baxılıb.
 
Xəbər verilir ki, hakim Aytən Əliyevanın sədrliyilə keçirilən prosesdə T.Bağırzadənin 26 noyabr 2015-ci ildə həbs edilərkən və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) saxlanılarkən işgəncəyə məruz qalması faktıyla bağlı Baş Prokurorluğun cinayət işinin başlanmasının rədd olunması qərarından şikayətinə baxılıb.
 T.Bağırzadənin şikayəti təmin edilməyib.
 
Onun hüquqlarını müdafiə edən Elçin Sadıqov yaxın günlərdə qərardan apelyasiya şikayəti verəcəyini bildirib. (Modern.az) /

Google+ WhatsApp ok.ru