Taleh Bağırov və digərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Taleh Bağırov və digərlərinin cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib
 
Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən Tale Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
 
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə T.Bağırov və digərlərinin vəkili Yalçın İmanov bildirib ki, birinci instansiya məhkəməsinin hökmü çıxandan sonra protokollarla tanış olmayıblar.
 
Vəkillər qeydlərinin protokollara əlavə edilməsini istəyib.
 
Məhkəmə işin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı qərar çıxarıb. (report) /

Google+ WhatsApp ok.ru