Taleh Bağırovun apellyasiya şikayətinə baxılıb

Taleh Bağırovun apellyasiya şikayətinə baxılıb

-- apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Müsəlman Birliyi təşkilatın sədri Taleh Bağırovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda qərar oxunub.
 
Qərara əsasən, T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.
 
Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə T.Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib. Məhkəmə onun cəzasını artıraraq, T.Bağırova 18 il həbs verib.
 
T.Bağırov ittihamları rədd edir.(faktxeber)
 
 

Google+ WhatsApp ok.ru