Taleh Bağırov 'kars'a salınıb – Aşura günü

Taleh Bağırov 'kars'a salınıb – Aşura günü

Bakı İstintaq Təcridxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırovun və bir neçə dindarların oktyabrın 12-də cərimə kamerasına (“kars”) salındığı bildirilir.
 
Azadlıq Radiosu xəbər verir ki, bu haqda vəkillərindən Elçin Sadıqov xəbər verib.
 
Vəkilin deməsinə görə, T.Bağırovu, Sahil Rzayevi və bir neçə digər dindarı səhər saatlarında cərimə kamerasına salıblar. Onlar axşam saatlarınadək cərimə kamerasında saxlanılıb.
 
Vəkil bildirib ki, dindarların cəzalandırılması onların Aşura mərasiminə imkan verilməməsi ilə bağlı olub.
 
Vəkilin bildirdiklərinə, hələlik, Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən münasibət almaq mümkün olmayıb. (azadlıq.org)
 

Google+ WhatsApp ok.ru