Taleh Bağırovun xanımına qarşı cinayət işinə xitam verilib

Taleh Bağırovun xanımına qarşı cinayət işinə xitam verilib

Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.

Maide.Az bildirr ki, bu barədə AzadlıqRadiosuna L.İsmayılzadə özü bildirib.

«Sentyabrın 30-da müstəntiq mənimlə əlaqə saxlayıb, vəkilimlə birlikdə yenidən istintaq idarəsinə gəlməyimi istəmişdi. Bu gün (oktyabrın 2-də-red.) getdik. Bizə bildirildi ki, cinayət tərkibi olmadığına görə cinayət işinə xitam verilir. Telefonu da özümə qaytardılar», - L.İsmayılzadə bildirib.

O hesab edir ki, cinayət işinə xitam verilməsi onunla bağlı olaya ictimaiyyətin kəskin təpkisinin nəticəsidir: «Məni tək qoymayan hər kəsə təşəkkür edirəm».

Google+ WhatsApp ok.ru