Taliban Əfqanıstanda daha iki rayonu mühasirəyə alıb

Taliban Əfqanıstanda daha iki rayonu mühasirəyə alıb

Əfqanıstanda son həftələrdə "Taliban" terror təşilatının hücumları intensivləşib.

Xüsusilə də ölkənin 3 şimal əyaləti - Faryab, Taxar və Baqlanda Taliban irimiqyaslı hücumlar təşkil edilir.   

Faryab əyalətində Dövlətabad və Pəştunkut rayonları "Taliban" terrorçularının mühasirəsinə düşüb.   

Faryab əyalətinin yerli rəsmiləri bildiriblər ki, bu iki rayon süqut etməklə üz-üzə qalıb.   

Faryab əyalətinin rəsmiləri mərkəzi dövlətin əlavə qüvvələr ezam etməsini gözləyirlər.   Əfqanıstan hərbi mənbələrindən biri "Sputnik"-ə bildirib ki, son gündə Faryab, Taxar və Baqlan əyalətlərində gedən döyüşlərdə ordunun 7 hərbçisi həlak olub. 

 Bu arada ABŞ-ın Əfqanıstanla bağlı son hesabatlarından birində bildirilib ki, hazırda hökumətin nəzarətində qalan bölgələr 2015-dən indiyədək ən az ərazilərə şamildir. /Salamnews /

Google+ WhatsApp ok.ru