Taliban atəşkəs həftəsinin bitdiyini və hökumət qüvvələrinə hücum edəcəyini bildirib

Taliban atəşkəs həftəsinin bitdiyini və hökumət qüvvələrinə hücum edəcəyini bildirib

Taliban hərəkatı ABŞ-la sülh sazişi imzalasa da hökumət qüvvələrinə hücumla bağlı xəbərdarlıq edib.
 
Bu barədə Talibanın sözçüsü Zəbihullah Mücahid açıqlama verib.
 
Taliban sözçüsü Əfqanıstanda atəşkəs həftəsinin bitdiyini bildirib və yenidən hökumət qüvvələrinə hücumla bağlı xəbərdarlıq edib.
 
Z. Mücahidin sözlərinə görə sülh sazişi xarici qüvvələri aiddir.
 
Qeyd edək ki, Taliban Əfqanıstandaxili danışıqların başlaması üçün 5 min məhbusun azad edilməsini tələb etmiş, Əfqanıstan hökuməti isə hər hansı bir müzakirədən öncə ön şərtin irəli sürülməsini rədd etmişdi. /SalamNews
 

Google+ WhatsApp ok.ru