Taliban liderlərinin İranda olması barədə xəbərlər təkzib edilib

Taliban liderlərinin İranda olması barədə xəbərlər təkzib edilib

İran hökuməti Taliban liderlərinin ölkə ərazisində olması barədə xəbərləri təkzib edib.
 
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib. O bildirib ki, Əfqanıstanda bəzi media orqanlarının yaydığı bu tip xəbərlər yalandır: “Tehran və Kabil arasında dost və qardaş münasibətləri iki ölkənin müştərək təhlükəsizliyi və mənafeyi naminə davam etdirilir”. 
 
Qeyd edək ki, Əfqanıstanın bəzi KİV-ləri Taliban qruplaşmasının rəhbərlərinin İranda olması və İranla əməkdaşlıq etməsinə dair xəbərlər yayıb. (apa) /

Google+ WhatsApp ok.ru