Taliblər yuxarı sinif şagirdlərini öldürmək əmri veriblər

Pakistanda silahlı terrorçular orduya aid bir məktəbə girərək 500 şagirdi və müəllimləri girov götürüb. Baş verən qarşıdurmada qarşıdurmada ən az 18 şagird ölüb, 40 nəfər isə yaralanıb.
 
Maide.az xəbər verir ki, bölgədə olan mətbuat mənsubları, məktəbdə silah səsləri gəldiyini bildirir. 
 
Pakistan mənbələri orduya aid məktəbə ən azı 6 silahlı terrorçunun girdiyini yazır. 
 
Terrorçuların məktəbə gedən yolu bağlamaq üçün bir maşını yandırdığı da bildirilir.
 
Pakistan Ordusunun xilasetmə əməliyyatı başlatdığını yazan "Anadolu" agentliyi şagirdlərin böyük qisiminin təhlükəsiz şəkildə arxa qapıdan çıxarıldığını bildirir. Talibanın "Təhriki Taliban Pakistan" adı verilən bir qolu hücumu boynuna götürüb. Bildirilir ki, məktəbə girən altı terrorçuya yaşları böyük şagirdləri öldürmək əmri verilib.

Google+ WhatsApp ok.ru