İtaliya baş naziri: `Tarix Ayətullah Sistaninin bəşəri mövqeyini yazaraq əbədiləşdirəcək`

İtaliya baş naziri Mattehev Rinzi İraq rəsmilər ilə görüşündə Qərbin Ayətullah Sistaninin fətvasıyla İslamın gerçək üzünü bir daha tanıdığını vurğulayıb
Maide.az-ın İQNA-ya istinadən məlumaıtna görə, İraqa səfər edən M.Rinzi ölkə səlahiyyətliləri ilə görüşü əsnasında İraq millətinin ötən 40 il boyunca üzləşdiyi cinayətlər baxmayaraq, Əhli-beyt (ə) ardıcılı dini liderlərin 2003-cü ildə Səddam rejiminin devrilməsindən sonra öz ardıcıllarını digər qəbilələrdən intiqam almaq üçün təşviq etmədiklərini bildirib.  
İtaliya baş naziri Ayətullah Sistaninin qardaş olaraq xitab etdiyi İraq sünniləri haqqındakı fətvasına diqqət çəkərək şiə liderlərinin yalnız öz təqibçilərini intiqam almaq üçün təşviq etmədiyini, digər qəbilələrin uşaqlarını da öz qardaşları kimi qəbul etdiklərini söyləyib. 
Mattehev Rinzi son olaraq tarixin Ayətullah Seyid Əli Hüseyni Sistaninin insan sevgisi və bəşəri mövqeyini yazaraq bunu əbədi edəcəyini vurğulayıb.

Google+ WhatsApp ok.ru