İtaliyada əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 30-a çatıb

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 30-a çatıb

İtaliyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 30 nəfər çatıb.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, ölkənin Latsio, Kampaniya, Emiliya-Romanya, Veneto regionlarında, həmçinin bəzi əyalətlərdə leysan yağışlar və güclü küləklərlə müşayiət edilən əlverişsiz hava şəraiti hələ də hökm sürməkdədir.
 
Siciliyada daşqınlar səbəbindən bir çox yollar bağlanıb. Şəhər merləri məktəblərin, ictimai parkların, yeraltı piyada keçidlərinin bağlanması barədə göstəriş veriblər.
 
Ölkənin Veneto və Liquriya regionları təbii fəlakətdən daha çox ziyan çəkib. Genuya şəhəri yaxınlığında ölkənin məşhur kurort zonası sayılan Portofinoya yalnız dəniz yolu ilə getmək mümkün olub. Belə ki, balıqçı kəndinə gedən ana yolun çökməsindən sonra sakinlərin çıxışı üçün açılan qəza yolu da olduqca təhlükəli vəziyyətə gəlib.
 
Ötən gün Siciliyada 9-u bir ailənin üzvü olmaqla 12 nəfər həlak olub və ölənlərin sayı 30-a çatıb.
 
Daşqınlar baş verən yerə gələn Siciliyanın prokuroru Ambrogio Kartosio baş verənləri "fəlakət" adlandırıb.
 
İtaliyanın daxili işlər naziri Matteo Salvini bildirib ki, milli ərazilərin təhlükəsizliyini təmin etmək üçün 40 milyard avro lazımdır.
 

 

Google+ WhatsApp ok.ru