İtaliyada işgəncə artıq cinayət sayılır

İtaliyada işgəncə artıq cinayət sayılır

İtaliya Parlamentində səsverməyə çıxarılan qanun layihəsi ilə ölkədə işgəncə cinayət olaraq qəbul edilib və işgəncə edənlərə ağır cəzalar tətbiq ediləcək.
 
Son 4 ildə Senat və parlamentin alt qanadı Nümayəndələr Məclisi arasında daim dəyişikliklərə məruz qalan qanun layihəsi üzərində Nümayəndələr Palatasının Ümumi İclasında yekun səsvermə keçirilib.
 
630 yerlik parlamentdə 337 millət vəkilinin iştirak etdiyi səsvermədə, 35-ə qarşı 198 səslə işgəncəni cinayət sayan və buna qarşı cəzalar nəzərdə tutan qanun layihəsi qəbul edilib. Səsvermədə iştirak edən 104 deputat isə bitərəf qalıb.
 
Parlamentdəki səsvermədə layihəyə iqtidarın koalisiyadakı ortaqları Demokrat Partiya (PD) və Xalq Hərəkatı (AP) dəstək verib, müxalifətdəki sağ partiyalar isə buna qarşı çıxıb. 
 
Senatın sonra Nümayəndələr Məclisində də qəbul olunan qanun işgəncə verən hər kəs üçün 4 ildən 10 ilə qədər həbs nəzərdə tutur. İşgəncənin ictimai yerdə, hər kəsin gözü qarşısında həyata keçirilməsi vəziyyətində bu müddət 12 ilə qədər qaldırıla bilər.
 
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı işgəncəni 1984-ci ildə cinayət siyahısına daxil edib. 
 
İtaliyada işgəncənin ciddi olaraq müzakirə edilməsinə isə 2001-ci ildə Cenova şəhərinin ev sahibliyi etdiyi G8 Liderlər Sammitindən sonra baş verən proseslər təsir göstərib. (faktxeber) /

Google+ WhatsApp ok.ru