İtaliyada isti hava nəticəsində ölənlər var

İtaliyada isti hava nəticəsində ölənlər var

İtaliyada anomal isti hava üzündən 3 nəfər dünyasını dəyişib.
 
Respublika Səhiyyə Nazirliyi 16 iri şəhərdə ən yüksək olan qırmızı hava təhlükəsi elan edib. Belə ki, nazirliyin məlumatına görə, Roma, Napoli, Milan, Venesiya, Florensiya, Bolonya, Turin kimi şəhərlərdə havanın hərarəti 40 dərəcəyə yaxındır.
 
Hidrometeoroloqların məlumatına görə, bu həftə ölkə ərazisində hələlik ilin ən isti dövrüdür. /Report /
 

Google+ WhatsApp ok.ru