İtaliyada müsəlman qadınlar üçün üzgücülük kursları açılır

İtaliyanın Sesto şəhərində yerləşən Müsəlman Mərkəzi növbəti ilin yanvar ayından müsəlman qadınlar üçün yeni üzgüçülük kurslarının açılacağıını bildirib.
Maide.az-ın məlumatına görə, İtaliyanın Sesto şəhər bələdiyyəsi də belə kursların açılışına razılıq verib.
Sesto şəhərində yerləşən idman mərkəzinin müsəlman və qeyri-müsəlmanlar üçün açılışı yanvar ayının 19-dan sonra planlaşdırılır.
 Müsəlman qadınları heç bir qadağa olmadan bu mərkəzdə qapalı üzgüçülük geyimindən istifadə edə biləcəklər. Mərkəz işçilərinin hamısı istisnasız qadınlardan ibarət olacaq.  //

 

Google+ WhatsApp ok.ru