İtaliyada ümumi tətil keçirilir

İtaliyada ümumi tətil keçirilir

İtaliyada nəqliyyat, təhsil, tibb və digər sahələrdə fəaliyyət göstərən bir sıra həmkarlar ittifaqları cümə günü ölkə daxilində ümumi tətil elan edib.

İstər dövlət, istərsə də özəl sektorda çalışanların etirazları ümumi şəraitdən və əmək haqqından narazılıqla bağlıdır.

Məlumata görə, tətil ilk növbədə nəqliyyatın işinə təsir edəcək. Belə ki, Romada elektrik kəsintisi gözlənilir, kommunal xidmətlərin işi məhdudlaşacaq. Tətil metro, yerüstü nəqliyyat, təhsil müəssisələri və muzeylərə şamil olunur. İctimai nəqliyyatın işində ciddi çətinliklər Milana da təsir edəcək.

İtaliyanın "Alitalia" aviaşirkəti, təxminən, 240 reysi təxirə salıb./Report

Google+ WhatsApp ok.ru