İtaliya istidən `yanır` - 50 dərəcə isti qeydə alınıb 04 Avqust 2017 01:00 Dünya İtaliyanın cənubunda rekord istilər qeydə alınır. Trend-in məlumatına görə, ötən gün Sardiniyada temperatur 50 dərəcəyə çatıb. Bundan başqa, Neapol şəhərində və ətraf bölgələrdə havanın hərarəti 49 dərəcə olub. Meteoroloqların proqnozlarına görə, yüksək temperatur İtaliyanın mərkəzi və şimal bölgələrində gözlənilir. Bu gün və sabah paytaxt Romada 42 dərəcə, Florensiyada 41 dərəcə isti proqnozlaşdırılıb. Ümumilikdə İtaliya ərazisində 26 şəhərin rəhbərliyi sakinləri ehtiyatlı olmağa, günorta saatlarında açıq havada qalmamağa, daha çox maye qəbul etməyə, kondisionerli məkanda olmağa çağırıb. / Teqlər : #İtaliya istidən `yanır` 50 dərəcə isti qeydə alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çin dünyanın ikinci ən iri SES-in inşasına başlayıb Misirdə yaşayış binası uçub, ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO