İtaliyalı yepiskop ölkənin Bologna şəhərində məscid tikməyə çağırdı

İtaliyanın Bologna şəhərinin baş yepiskopu Matteo Maria Zuppi müsəlman cəmiyyətləri tərəfindən keçirilən konfransda çıxışı zamanı Bologna şəhərində məscidin tikilməsi zəruriliyindən danışıb və məscidin tikilməsinə çağırıb.
 
Maide.az xəbər verir ki, M.M. Zuppi deyib ki,mən həqiqətən  düşünürəm ki, daha vaxtı çatıb ki,Bolognada  məscid fəaliyyətə başlasın, bəziləri bununla müxalifdirlər lakin səhv edirlər. 
 
Bologna şəhərinə təzəcə  baş yepiskop seçilən M.Maria Zuppi  həmçinin deyib ki,  İtalya məktəb təqvimində İslami münasibətlər və bayramlarına da yer ayrılmalıdır.  
 
Qeyd edək ki, Bologna şəhərində məscidin tikilməsi layihəsi bir neçə ildir ki, yarımçıq qalıb. Buna səbəb isə bəzilərinin sorğu keçirərək məscidin tikintisi əleyhinə səs toplaması olub. /
 
 

Google+ WhatsApp ok.ru